25 min ölü

Bu gün Suriyanın Hələb şəhəri yenidən qan gölünə dönüb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, təhlükəsizlik qüvvələrinin üsyançıların yaşadığı ərazini mütəmadi atəşə tutması nəticəsində 7 nəfər ölüb. Suriya İnsan Haqları Müşahidəçi qrupunun verdiyi məlumatda bildirilir ki, ötən gün ölkə ərazisində azı 28 nəfər qarşıdurmalar zamanı həyatını itirib, 50-ə yaxın insan isə xəsarət alıb. Suriya müxalifəti ötən ilin mart ayından etibarən davam edən döyüşlərdə 25 min nəfərdən çox insanın öldürüldüyünü də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə