ABŞ-ın Florida ştatının Fort Pirs şəhərində yerləşən "Big Apple Pizza and Pasta" restoronanına daxil olan prezident Obama xoş sürprizlə qarşılaşıb.
"Huffington Post"un verdiyi xəbərə görə, Obamanın restorona gəlməsindən heyrətə düşən restoran sahibi Skot Van Dazer onu qucaqlayaraq yuxarı qaldırıb.
Restorana daxil olan prezident üzünü tutaraq ona "Skot, sən indiyə qədər gördüyüm ən iri pizza dükanı sahibisən", - deyib (Van Dazer həddindən artıq iri cüssəli olub).
Skottun onu qucağına götürməsindən sonra prezident onunla bir qədər zarafatlaşıb.
Qeyd edək ki, Van Dazer Respublikaçı olmasına baxmayaraq, 2008-ci ildəki prezident seçkilərində Obamaya səs verib və noyabrdakı seçkilərdə də eyni addımı atacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB