Gürcüstan hökuməti bölgə sakinlərinə pul paylayır və bununla da xalqı satın almağa çalışır. Bu sözləri "Bidzina İvanişvili – Gürcü arzusu" siyasi blokunun Kaxeti regionunun Telavu şəhərində keçirdiyi aksiyada blokun lideri Bidzina İvanişvili deyib.
"Namusunuzu satmayın. Əgər pul verirlərsə, onu alın, çünki bu onların sizdən oğurladıqları pullardır. Ancaq seçki günü şərəfinizi qoruyun. Satılmayın, öz gələcəyinizi satmayın", - deyə İvanişvili xalqa müraciət edib.
İvanişvili vurğulayıb ki, onun bloku layiqli majoritar namizədlərini irəli sürəcək. Siyasi lider xalqı bu namizədlərə səs verməyə çağırıb: "Biz bu seçkilərdə qalib gəlməliyik".
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri bu ilin oktyabrın 1-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB