Fransada maraqlı sorğu keçirilib. İctimai təşkilatlar tərəfindən reallaşdırılan sorğuda seçicilərin 59 faizi qeyd edib ki, yeni prezident Fransua Holland vəzifəsinə pis başlayıb.
SİA-nın verdiyi məlumata görə, BVA araşdırma şirkəti tərəfindən "Le Parisien" qəzeti üçün keçirilən sorğuda fransızların yalnız 34 faizi Hollandın vəzifəyə yaxşı başladığı fikrində olduğunu bildirib.
Araşdırmaya görə, fransızların 55 faizi Hollandın seçkilərdən əvvəl verdiyi vədləri yerinə yetirməkdə kifayət qədər cəsur davranmadığı fikirindədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB