Türkiyənin Şırnak vilayətinin Beytüşşebap mahalında PKK terrorçuları yenidən hücuma keçib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, keçirilən əməliyyatlar zamanı 10 türk əsgərini öldürən və 8 nəfəri yaralayan PKK terrorçularına qarşı Kato dağında hücumlar təşkil olunub.
Hadisə nəticəsində 30 PKK-lı öldürülüb. Əməliyyatlarda "Kobra" tipli vertolyotlardan istifadə edildiyi bildirilib. Onlar adı çəkilən ərazini mütəmadi olaraq atəşə tutublar. Bu arada Beytüşşebap mahalında hücumlar nəticəsində ev və iş yerləri zərərçəkən insanların dağıntıları aradan qaldırılması məqsədilə xüsusi komissiya yaradılıb. Terroristlər tərəfindən partladılmış Hisarkapı körpüsünün yanına daha bir yeni körpü quraşdırılıb və nəqliyyatın yolu bərpa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB