100 mindən çox ev dağıldı

Çinin dövlət mətbuatının məlumatına görə, şənbə günü ölkənin cənub – qərbində 28 nəfərin ölümü ilə nəticələnmiş zəlzələnin baş verdiyi ərazidə təşviş yaşanır. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, şinhua xəbər agentliyinin xəbərində bildirilir ki, xilasetmə dəstələri zəlzələnin təsirinə məruz qalmış Siçuan və Yunnan vilayətlərinə ərzaq, su və çadır aparıb. Agentliyin bildirdiyinə görə, dünənki zəlzələ 100 mindən çox evi dağıdıb, 600 min insana isə zərər verib. Rəsmilər ən azı 238 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını bildiriblər. Güclü yağışlar və zəif kommunikasiya xilasetmə dəstələrinin işini çətinləşdirir. Dünən baş vermiş yeraltı təkanın episentri Siçuan vilayəti ilə Yunnan sərhədi yaxınlığındakı Panzihua şəhərindən 30 kilometr cənub - şərqdə yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə