İran Suriyaya 150 zabit göndərdi

İran Suriyaya 150 zabit göndərdi

İran prezidenti Mahmud Əhmədinejatın imzaladığı sərəncama əsasən, bu ölkənin 150 zabiti Bəşər Əsədin müdafiəsi üçün Suriyaya göndərilib. "The Daily Telegraph" xəbər verir ki, iranlı zabitlər yüz tonlarla silah-sursat, raketlə artıq Suriyaya çatıblar.

Tehran Dəməşqə belə yardımın edilməsi barədə qərarı bu ilin iyul ayında suriyalı müdafiə nazirinin terror aktı nəticəsində öldürülməsindən sonra verib.

Avqust ayında isə Suriya qiyamçıları 48 iranlı zəvvarın girov götürülməsini bəyan etmişdilər. İİR rəsmiləri də bildirmişdilr ki, girovların arasında hərbi zabitləri də var, amma onlar Suriyaya, sadəcə, zəvvar kimi gediblər.

Ümumiyyətlə isə, Suriyada münaqişə başlayandan Tehran Bəşər Əsəd rejimini açıq müdafiə etdiyini gizlətməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə