Almaniya tətillərlə baş-başa

Almaniyanın "Lufthansa" aviaşirkətinin işçiləri yeni tətillər keçiriblər. "Assoşeyted Press" agentliyi xəbər verir ki, bu etiraz dalğası son illərin ən böyük aksiyası hesab olunur.

24 saat keçirilən tətillər nəticəsində 1200-dək aviareys təxirə salınıb. Şirkətin baş direktoru Krustof Frans rəhbərliyin həmkarlar təşkilatının qərarını qiymətləndirməməsini etiraf edib.

Reyslərin təxirə salınması ucbatından "Lufthansa" mətbuat vasitəsilə növbəti dəfə sərnişinlərdən üzr istəyib.

Qeyd edək ki, şirkətin əməkdaşları maaşların 5 faiz artırılmasını tələb edirlər. Avqustun 31-də və sentyabrın 4-də keçirilən tətillər zamanı 500-dək aviareys təxirə salınmış, yüzlərlə insan Münhen, Frankfurkt və Berlin aeroportlarında gecələməli olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə