Almaniya Daxili İşlər Nazirliyinin islamçılara qarşı apardığı siyasətə etiraz edən AFR-də yaşayan türklər BMT və ATƏT-ə müraciət ünvanlayıblar. "Frans-Press" agentliyinə istinadən xəbər verilir ki, alman hakimiyyətinin yaydığı plakatlarda adi müsəlmanlar terrorçu kimi qələmə verilir.
Buna etiraz edən türk icması beynəlxalq təşkilatların məsələyə müdaxiləsini istəyir. BMT və ATƏT-ə ünvanlanan müraciətdə bildirilir ki, belə plakatların yayılması radikal müsəlmanlara qarşı mübarizə aparmağa kömək etmir.
Hökumətin bu siyasətinə etiraz edən Almaniyadakı 4 İslam təşkilatı AFR DİN-lə "Təhlükəsizlik naminə əməkdaşlıq" proqramında birgə fəaliyyətdən artıq imtina edib.
Xatırldaq ki, müsəlmanların yaşadıqları iri şəhərlərdə alman hökuməti belə plakatları avqustun sonlarından yaymağa başlayıb. "Axtarışdadır" yazılan plakatlarda müsəlmanların əksəriyyəti terrorizmdə ittiham olunaraq guya hansısa hadisə törədib. Həmin şəxslərin qohumları və yaxınları isə polisə deyl, Padikalizmə Qarşı Kömək Mərkəzinə müraciət edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB