Sərhəd problemi yenidən başlayır

Sərhəd problemi yenidən başlayır

Şimal Qafqaz respublikalarından Çeçenistan və İnquşetiya arasında yenidən sərhəd problemi başlayıb. SİA-nın məlumatına görə, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov İnguşetyanın Sunjen rayonu ilə Malgobek rayonunun bir qisiminin Çeçenistana aid olduğuna dair əlində dəlillər olduğunu iddia edir. Bu bölgələrin Çeçenistana qaytarılmasını tələb edən Kadırov: "Bu bölgələrin Çeçenistana aid olduğunu sübut edən arxiv sənədlərinə sahibik. İnguşetyada bu cür sənədlər yoxdur və heç bir zaman da olmadı", - deyib.

Rəsmi Çeçenistan Problemə Rusiya federal qanunları çərçivəsində həll axtaracağını bildirib.

Qeyd edək ki, Ramzan Kadırov keçən həftə mətubata açıqlamasında İnguşetyanın Çeçenistan sərhədindəki pozuntularına indiyə qədər səssiz qaldıqlarını, lakin bu vəziyyətin getdikcə Çeçen xalqna qarşı mənfi bir hal olduğunu bildirib.

İnguşetya prezidenti Yunusbəy Yevkurov isə iki respublika arasında sərhədlərin dəyişdirilməsi istiqamətində atılacaq addımların, bölgədə yeni qarşıdurmalara yol aça biləcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə