Çin rəsmi formada etiraz etdi...

Çinin xarici işlər naziri Yang Jiechi, "Suriyada davam edən böhranda ölkəsi bitərəfdir və Suriyada baş verən hadisələrin həllinə, xalqın özü nail olmalıdır" fikrini söyləyib. SİA-nın məlumatına görə, Çin xarici işlər naziri Jiechi, Çini ziyarət edən ABŞ Xarici işlər naziri Hillary Clinton ilə Pekində bir araya gəlib. İki nazir, görüşdən sonra birlikdə mətbuat mənsubları ilə görüşüb.

Yang Jiechi mətbuat nümayəndələrinə açıqlamasında, "Suriyadakı mövcud vəziyyətin çox mürəkkəb olduğunu və Çinin atəşkəs elan edərək, siyasi dialoqlar çərçivəsində danışıqlar aparmalı olduğunu" söyləyib.

Onun sözlərinə görə, Suriyanın siyasi rejimə keçməsi və böhranın həllinə nail olması üçün, xarici güclərdən deyil, Suriya millətindən faydalanmalıdır.

Nazir həmçinin vurğulayıb ki, Suriya böhran mövzusunda BM Xartiyasına, xüsusilə də digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə riayət etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə