Misir hökuməti Suriya rəhbərliyinə Qahirəni tənqid etdiyinə görə sərt cavab verib. Suriyanın İnformasiya naziri İmran əz-Zubinin ölkəsində tökülən qana görə Misiri də günahlandırması Misirin qəzəbinə səbəb olub. Məsələ ilə əlaqədar Misirin xarici işlər nazirinin sözçüsü Əmr Rüşdi Suriyanı günahlandırmaq əvəzinə ölkədəki şiddəti dayandırmağa çağırıb.
Rüşdi bildirib ki, rəsmi Misir yalnız suriyalıların öz haqqlarını müdafiə etməsini dəstəkləyir. Misirin Suriyada axan qanın dayanması üçün səy göstərdiyini vurğulayan Rüşdi: "Hədəfimiz Suriya xalqının mənfəətləri və iki ölkə xalqları arasında keçmişdən başlayaraq bu günə kimi davam edən qardaşlıq körpüsünün qorunmasıdır''- söyləyib.
Xatırladaq ki, Misir dövlət başçısı Mursinin keçən həftə Tehrandakı "Qoşulmama hərəkatı"nın 16-cı zirvə toplantısında etdiyi açıqlamada Suriya müxalifətinə dəstək verməsi Şam tərəfindən reaksiya ilə qarşılanıb. Suriya informasiya naziri Zubi də daha sonra etdiyi açıqlamasında, Suriyada baş verənlərə görə Misiri fələstinlilərə qarşı sərhədi bağlayan, ABŞ siyasətini icra edən və İsrail ilə barışıq müqaviləsi imzalayan ölkə kimi günahlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB