“Lufthansa” yeni tətillə üz-üzə

“Lufthansa” yeni tətillə üz-üzə

Bu gün "Lufthansa" aviaşirkətinin bort bələdçiləri daha bir tətil keçiriblər. SİA-nın Almaniyadakı bürosu xəbər verir ki, stüardessaların maraqlarını qoruyan UFO Həmkarlar Birliyi yalnız ötən gün bu barədə şirkəti xəbərdar edib.

Birliyin rəsmi nümayəndəsi tətilin təkcə Frankfurt hava limanını deyil, daha geniş ölçüdə keçiriləcəyini deyib. Üstəlik bu tətilin 8 saatdan çox davam edəcəyi də xəbər verilirdi. Hazırda daha çox xaos Frankfurt hava limanında yaşanmaqdadır. Aviaşirkət bir-birinin ardınca reysləri təxirə salmaqdadır. Mənzil başına çata bilməyən sərnişinlər nə vaxt uçacaqlarını bilmədən gözləmə salonlarında qalıblar. "Lufthansa" nümayəndələri onların bəzilərini otellərə götürərək qeyri-müəyyən vaxta qədər otaqla təmin edirlər.

Öncədən də xəbər verdiyimiz kimi avqustun 31-də keçirilən bənzər tətil aviaşirkətə çox baha başa gəlib. Ümumi ziyan 3-4 milyon avro ilə ölçülürdü. Müşahidəçilərin rəyinə görə, belə davam edəcəyi halda aviaşirkətin tətilçilərlə danışıqlara gedib onların şərtlərini qəbul etməkdən başqa əlacı qalmayacaq.

Şahin Abasov,

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə