Balinalar intihar edib

ABŞ-ın Florida ştatında balinalar sahilə çıxıb. Rəsmi nümayəndələr balinaları qurtarmaq üçün səfərbərlik elan edib. Onlar gün boyu balinaları dənizə geri qaytarmaq üçün çalışıblar. Könüllülərində iştirak etdiyi xilasetmə əməliyyatında 22 balinadan sadəcə 5-i xilas edilib. 17 balina isə məhv olub. Xilas olmağı bacaran balinalar reabilitasiya mərkəzinə aparılıb.

Eyni zamanda, İngiltərənin Pittenweem krallığında da 26 balinanın quruya çıxdığı açıqlanıb. Sahil xilasetmə qrupu və polislər canlı olan 13 balinanın sağ qalması üçün səfərbər olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə