Suriya hərbçiləri Dəməşqin sünnilər yaşayan məhəllələrində ev və mağazaları sökməyə başlayıb. Xarici mətbuatın yaydığı xəbərə görə, bu barədə xəbəri "Reuters" agentliyi yerli fəallara istinadən yayıb.
Suriya paytaxtı sakinlərinin sözlərinə görə, ordu buldozerlərdən istifadə edir. Evlərin söküntüsünə bir neçə saat əvvəl başlanılıb. Hərbçilər sakinlərdən divarlarda müxalif təmayüllü yazıları silməyi tələb ediblər və onların yerinə Bəşər Əsədi dəstəkləyən şüarlar yazıblar.
Qeyd edək ki, fəalların məlumatlarını dəqiqləşdirmək mümkün deyil. Çünki hakimiyyət döyüş əməliyyatlarının aparıldığı rayonlara jurnalistləri buraxmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB