İspaniyada meşə yanğınları can aldı

İspaniyada meşə yanğınları can aldı

İspaniyada davam edən meşə yanğınları bir nəfərin ölümünə, 2 nəfərin isə yaralanmasına səbəb olub. Yaralananların vəziyyəti ağır kimi qiymətləndirilir. Ötən gün güclü küləklər yanğın ocaqlarını Marbelya şəhərinə doğru yönəldib.

Rəsmilər təhlükəli bölgələrdən 4 000 nəfəri evakuasiya ediblər. Evsiz qalan insanlar gecəni idman mərkəzlərində keçirməyə məcbur olublar. Şəhər rəhbərliyindən verilən məlumata görə, yanğın ocaqlarının qəsdən törədildiyi ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə