Filippində güclü zəlzələ: ölən və xəsarət alanlar var

Filippində güclü zəlzələ: ölən və xəsarət alanlar var

Filippinin şərq sahillərində rixter cədvəli ilə 7.6 bal gücündə zəlzələ baş verib. Birləşmiş Ştatların Geoloji Araşdırmalar xidmətindən verilən məlumata görə, zəlzələnin episentri Samar adasının 106 kilometr şərqində 34.9 kilometr dərinlikdə qeydə alınıb.

Rəsmilər zəlzələ dağlasının paytaxt Manila, Leyte və Butuan şəhərlərində hiss edildiyini bildirib. Leyte şəhərində yaşayış məntəqələrindən birinin dağılması bir nəfərin ölümünə bir neçə nəfərin isə xəsarət almasına səbəb olub. Bəzi bölgələrdə isə elektrik şəbəkələrinin sıradan çıxması nəticəsində bir neçə qəsəbə işıqsız qalıb.

Ölkə əhalisinə sunami olacağı ilə bağlı xəbərdarlıq edilsə, bir qədər sonra bununla bağlı həyəcan siqnalı ləğv olunub. Lakin seysmoloqlar təkrar təkanların baş verməsi ehtimalı ilə əlaqədər əhalini ehtiyatlı olmağa çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə