Türkiyənin Van şəhərində PKK terrorçuları yük qatarına və hərbi maşına hücum ediblər. Rəsmilərin verdiyi məlumata görə, dəmiryolu üzərində yerləşdirilmiş partlayıcının işə salınması nəticəsində dörd vaqon relsdən çıxıb.
Hadisə yerinə tələsən hərbi avtomobil isə terrorçuların yol kənarına yerləşdirdiyi minaya düşüb. Polis partlayış nəticəsində maşında olan 3 əsgərin yaralandığını xəbər verib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı bölgədə əməliyyatlar başladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB