Budapeşt İkinci Dünya Müharibəsi zamanı öldürülən yəhudilərə görə xaricdə yaşayan varislərə ödədiyi pulun geri qaytarılmasını istəyir. Xarici mətbuata istinadən verilən xəbərə görə, bu işlə məşğul olan ABŞ-nin "Claims Conference" təşkilatı vəsaitin hara xərcləndiyini göstərə bilməyib.
Macar hökumətinin bəyanatında bildirilir ki, "Claims Conference" pulu faizlə geri qaytarmalıdır.
Xatırladaq ki, 2007-ci ildə Macarıstan bu ölkədə fəaliyyət göstərən "Majok" yəhudi ictimai fondu ilə imzaladığı müqviləyə əsasən, 5 il ərzində Xoloxost zamanı əziyyət çəkənlərin ailələrinə 21 milyon dollar ödəməli idi.
Qeyd edək ki, faşist Almaniyasının müttəfiqi olan Macarıstanda 600 min yəhudinin öldürüldüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB