Rusiya-Gürcüstan sərhədində gərginlik davam edir

Rusiya-Gürcüstan sərhədində gərginlik davam edir

Ötən gün Rusiya ilə Gürcüstan sərhədində yaranmış silahlı qarşıdurmalar hazırda da davam edir. Bu barədə açıqlama verən Gürcüstanın daxili işlər naziri Nodar Xarşiladze bildirib ki, əməliyyatlar nəticəsində indiyə kimi 11 terrorçunu zərərsizləşdirmək mümkün olub. Onun sözlərinə görə, əməliyyat qrupu bir neçə girovu azad etməyə nail olub. Lakin neçə nəfərin azad olması ilə bağlı hələlik açıqlama verilmir.

"Əməliyyatların nəticəsi olaraq, müəyyən etdik ki, bir qrup silahlı terrorçu Gürcüstan torpaqlarına keçib. Terrorçulara qarşı hazırda da əməliyyatlar gedir. İndiyə qədər 11 terrorçu zərərsizləşdirilib. Lakin kiçik bir qrup müqavimət göstərməyə davam edir. Lakin tezliklə onları da zərərsizləşdirməyə çalışacağıq. Təəssüf ki, əməliyyatlar zamanı biz tərəfdən də itkilər olub. 3 əsgərimiz öldürülüb, 5 nəfər isə yaralanıb. Hələlik terroçuların haradan daxil olması və ya kimliyi ilə bağlı məlumat verə bilmərik. Lakin əməliyyatların sonunda hər şey açıqlanacaq", - deyə Xarşiladze bildirib.

Ölkə prezident Mixail Saakaşvili isə televiziya vasitəsilə xalqa müraciət edib. Saakaşvili qeyd edib ki, Ruisyanın sərhəd bölgələrində stabilliyi pozmasına imkan verilməyəcək.

"İndi biz 1990-cı illərdən tamamilə fərqli vəziyyətdəyik. Biz Gürcüstan dövləlti olaraq qonşuluqda baş verən hər hansı bir münaqişənin və ya digər zorakılıq hallarının ölkəmizə yayılmasına, gürcü xalqını narahat etməsinə, Gürcütsanın inkişafına əngəl törətməsinə imkan verməyəcək. Dağların o biri tərəfində olan münaqişələrə o tərəfdə qalmalıdır", - deyə Saakaşvili sözlərini ifadə edib.

Qeyd edək ki, ötən gün Gürcüstannın təhlükəsizlik qüvvələri ölkə sərhədlərinin pozulması və Kaxeti rayonunda naməlum silahlı şəxslərin bir neçə nəfəri girov götürməsi xəbəri ilə əməliyyatlara başlayıb. Məlumata görə, girovlardan bir neçəsini xilas etmək mümkün olub. Lakin əsarətdə qalan girovların da olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə