Bu gündən İranın paytaxtı Tehranda Qoşulmama Hərəkatının 16-cı sammiti öz işinə başlayır. SİA-nın xəbərinə görə, sammitdə iştirak edəcək Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edəcək.
Azərbaycan nümayəndə heyəti sammitə avqustun 30-31-də qatılacaq. Sammitdə bir sıra önəmli məsələlərin müzakirə ediləcəyi gözlənilir. Azərbaycan üçün bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlər, xüsusilə beynəlxalq təhlükəsizlik məsələləri, Dağlqı Qarabağ münaqişəsi və regional təhlükəsizlik məsələri müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB