Rusiya DİN-dən rəsmi açıqlama

Rusiya DİN-dən rəsmi açıqlama

Rusiya xüsusi xidmət orqanları keçən gün Dağıstan ruhanisi şeyx Seyid Əfəndinin evində partlayış törədənin şəxsiyyətini müəyyənləşdirib. Qurumun rəsmi saytında məlumat verilir ki, şeyxin evində özünü partladan intiharçı Mahaçqala sakini 1982-ci il təvəllüdlü Aminat Qurbanovadır.

"Qurbanova ziyarətçi kimi şeyxin evinə gəlib və üzərində quraşdırılmış partlayıcını işə salıb", - deyə xəbərdə qeyd olunur.

İntiharçının qurbanlarının sayının şeyxlə birlikdə 7 nəfər olduğu xəbər verilir

Bütün xəbərlər Facebook səhifəmizdə