Gürcüstanda silahlılar məhv edildi

Onların Dağıstan quldur dəstəsinin üzvləri olduğu bildirilib
Gürcüstanda silahlılar məhv edildi

Gürcüstan güc strukturlarının son bir neçə gün ərzində döyüş apardıqları silahı qrup bu ölkəyə Dağıstanın ərazisindən keçib, qrupun üzvləri isə Suntin cinayətkar dəstəsinə daxildirlər. Bu barədə RİA Novosti-yə Dağıstan hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, avqustun 28-də 20 nəfərdən ibarət diversiya qrupu Dağıstan istiqamətindən Gürcüstan sərhədini keçərək 10-dək yerli sakini girov götürüb. Avqustun 29-da səhər Gürcüstan hüquq-mühafizə orqanları daxili işlər naziri Baço Axalayanın rəhbərliyi altında girovların azad edilməsi və qrupun zərərsizləşdirilməsi əməliyyatına başlayıb.

Gürcüstan hüquq-mühafizə orqanlarının Rusiya sərhədi yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkə ərazisinə keçmiş silahlı qrupun 11 üzvü məhv edilib.

Gürcüstan mətbuatının verdiyi məlumata görə, əməliyyatı keçirən Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarından isə 3-ü həlak olub, beşi yaralanıb. DİN-dən bildirilib ki, daha altı yaraqlı mühasirəyə alınıb, onların zərərsizləşdirilməsi üçün əməliyyat davam edir.

Silahlıların girov götürdükləri şəxslərin isə hamısı azad edilib. Onların dəqiqi sayı açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə