Qoşulmama Hərəkatının Tehranda keçiriləcək 16-cı sammitində iştirak edəcək Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.
"Təbii ki, Azərbaycan üçün bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlər var, xüsusilə beynəlxalq təhlükəsizlik məsələləri. Ən önəmlisi də Qarabağ münaqişəsi və regional təhlükəsizlik. Biz hesab edirik ki, regionun təhlükəsizliyi tək Azərbaycan üçün deyil, bütün region ölkələri üçün və eyni zamanda da xarici ölkələr üçün də əhəmiyyətli olmalıdır. Bizim üçün prioritet məsələ Qarabağ məsələsidir. Biz bu məsələni hər zaman qaldırmaq əzmindəyik və qaldıracağıq", - deyə o vurğulayıb.
Azərbaycan nümayəndə heyəti sammitə avqustun 30-31-də qatılacaq. Sammitdə bir sıra önəmli məsələlərin müzakirə ediləcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB