Bu gün voleybol üzrə Rusiya qadın yığma komandasının baş məşqçisi Sergey Ovçinnikov intihar edərək həyatına son qoyub. Rusiya mətbuatına istinadən xəbər verilir ki, bu barədə keçmiş baş məşqçi Vladimir Kuzyutkin bildirib.
"O, mənim həmkarım, yoldaşım idi. Onun ünvanına heç kəs pis nəsə deməyib. Olimpiadada uğursuzluq olmuşdu. Nə olsun ki? Bilmirəm, o, nəyə dözə bilmədi", - deyə Kuzyutkin vurğulayıb.
Qeyd edək ki, Moskva "Dinamo"sunu da çalışdıran Ovçinnikov Xorvatiyada keçirilən təlim-toplanışda özünə qəsd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB