Qoşulmama Hərəkatı (QH) ölkələrinin xarici işlər nazirləri qurumun İranın paytaxtı Tehranda keçirilən növbəti sammitində əsas diqqəti Suriya probleminin nizamlanması məsələsinə yönəldiblər. Bu cəhət sayca XVI olan tədbirin qətnaməsində də yer alıb. XİN rəhbərləri Suriyaya xarici müdaxilənin yolverilməzliyini bəyan ediblər.
İran mediası xəbər verir ki, İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəstin sözlərinə görə, sammitin XİN rəhbərləri səviyyəsində gerçəkləşən ilk gününün yekun sənədində Suriya münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi də vurğulanıb.
Qətnamədə həmçinin bildirilib ki, QH ölkələri Əlcəzairin keçmiş XİN rəhbəri Lahdar Brahiminin BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi təyin edilməsini təqdir edir. Qurum onun vasitəçiliyi ilə problemin Kofi Annan tərəfindən müəyyənləşdirilmiş plan üzrə aradan qaldırılacağına ümidvardır.
Qeyd edək ki, Suriya xalqına hümanitar yardımın göstərilməsinin zəruriliyinin əksini tapdığı sənədin QH ölkələri dövlət başçılarının bu gün və sabah keçiriləcək sessiyalarında təsdiqlənəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB