ABŞ ordusunda çevriliş cəhdi

ABŞ ordusunun dörd anarxist hərbçisini dövlət çevrilişi hazırlamaqda günahlandırırlar. Assosiated Presse agentliyinin verdiyi xəbərə görə, bu ittihamları 2011-ci ilin dekabrında baş vermiş ikiqat ölüm hadisəsi ilə bağlı işi dinləyərkən prokuror səsləndirib.

İstintaqın mayeriallarına görə, hərbçilər 19 yaşlı Maykl Roarkı və onun 17 yaşlı rəfiqəsi Tiffani Yorku planlarının üstünün açılmaması üçün öldürüblər. Anarxist dünyagörüşlü hərbçilərin dediyinə görə, Roark satqın olduğuna görə onu öldürüblər.

Cinayətkarlar qətldən bir müddət sonra həbs olunsalarda, cinayətin əsl motivi hələlik məlum deyildi.

Avqustun 27-də prokurorlar məhkəməyə cinayətkar qrupun silah və və partlayıcı maddələr əldə etmək üçün 87 min dollar pul xərclədiklərini danışıblar. Qrupun üzvləri Maykl Bernett, İsaak Aqiqi və Kristofer Salmon dövlər çevrilişi hazırladıqlarını boyunlarına alıblar. Onların sözlərinə görə, hakimiyyətı ABŞ xalqının ixtiyarına vermək istəyirmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə