Latviya bütün AB ölkələrinə nümunə ola bilər

Latviya bütün AB ölkələrinə nümunə ola bilər

Latviya maliyyə böhranını dəf etmək yolunda digər Avropa ölkələrinə ən yaxşı nümunə ola bilər. SİA-nın məlumatına görə, bu sözlərin müəllifi Almaniyanın xarici işlər naziri Guido Vestervelledir. Nazir Baltikyanı ölkələrin xarici işlər nazirləri ilə görüşü zamanı keçirilən mətbuat konfransında belə deyib.

Nazirin sözlərinə görə bu ölkənin maliyyə böhranını dəf eləmək yolunda nümayiş etdirdiyi nizam-intizam rəğbət doğurur. "Cəmiyyəti krizis xəstəliyindən qurtarmaq üçün qəbul edilən "dərmanlar" heç də shirin olmayıb, amma bu, sadəcə olaraq mütləqdir", - deyən nazir bu istiqamətdə latviyanı xüsusilə qeyd edib.

Guido Vestervellde jurnalistlərin "böhran nə vaxt başa çatacaq" sualına cavab versə də dəqiq proqnoz verməkdən çəkinib: "Böhranın dəqiq neçənci ildə qurtaracağı barədə proqnoz vermək olmur, amma, atılan addımlar və göstərilən operativ reaksiyalar bunun sonunu daha tez yaxınlaşdırar". Nazir artıq indi qaranlıq tunelin sonunda bir işığın göründüyünü və bu işığın xüsusilə İrlandiya, Portuqaliya və İspaniyanın maliyyə böhranı ilə ciddi mübarizəsi fonunda daha parlaq olduğunu bildirib.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə