ABŞ hərbi dəniz donanması Fars körfəzində gücünü artırmağa başlayıb. Qeyd edək ki, ABŞ-ın "Con Stennis" atom aviadaşıyanı Fars körfəzinə doğru istiqamət götürüb. SİA-nın Pentaqonun rəsmi məlumatına istinadən verdiyi məlumata görə, "Con Stennis" avidaşıyan gəmisinin zərbə qrupunun tərkibinə raket kreyseri, 4 eskadra mina gəmisi və atom sualtı qayığı daxildir. Aviadaşıyan gəmidə dörd F/A-18 "Super Hornet" qırıcı-bombardmançı eskadrilyası (48 təyyarə), iki helikopter eskadrilyası, həmçinin radioelektron mübarizə və uzaqməsafəli radiolokasiya aşkaretmə təyyarələri eskadrilyası yerləşir.
Qrupa daxil olan gəmilərdə həmçinin 100-dən artıq 1,6 min km məsafəyə uça bilən "Tomaqavk" raketləri var. Qeyd edək ki, "Con Stennis" təyin olunmuş yerə 8 aya çatmalıdır. O körfəzdə "Enterprayz" aviadaşıyan gəmisini əvəz etməlidir. Bundan əlavə Fars körfəzində ABŞ-ın "Eyzenhauer" aviadaşıyan gəmisi var. ABŞ müdafiə naziri Leon Panetta "Con Stennis"i Fars körfəzinə nəzərdə tutulmuş vaxtdan 4 ay tez göndərir. Səbəb "Eyzenhauer"in körfəzdə tək qalmasına yol verməməkdir. Bu arada İsrail rəsmi dairələri İrana hücum əməliyyatının olması ilə məlumatlar yayıb. İsrailin "Channel 10 News" televiziyasının hərbi juranlisti Alon Ben-David bildirib ki, İsrail bu il noyabrın 6-da ABŞ-da keçiriləcək prezident seçkisindən əvvəl İranın nüvə obyektlərinə hücum edəcək.
Onun sözlərinə görə, İsrailin İrana hücumu indiyədək heç olmadığı qədər yaxındır: "İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dakı prezident seçkisindən əvvəl hücumda qərarlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB