Əsəd rejiminə jest olundu

Suriyada Bəşar Əsəd rejiminin ehtiyac duyduğu 20 ədəd zirehli lüks avtomobilin Rusiya tərəfindən təmin ediləcəyi açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropa Birliyi tərəfindən Suriyaya tətbiq olunmağa başlanan sanksiyalar çərçivəsində dünya liderlərinə zirehli vasitə təmin edən Audi, BMW və Mersedes firmaları Suriya rəhbərliyindən edilən sifarişləri rədd edib. Rusiya şirkətləri isə Suriyanın sifarişlərini həyata keçirəcəyini deyib.

Bəşar Əsəd ilə nazirlərinə 20 ədəd yüksək təhlükəsizlikli zirehli avtomobil sifarişini Rusiyanın "Armour Tex" ilə "Armour Group" avtomobil şirkətləri boynuna götürüblər. Hətta Suriya rəhbərliyiylə bu iki Rusiya şirkəti arasında danışıqlarda gedib.

Xatırladaq ki, Suriyada Əsəd rejimi əlindəki zirehli vasitələrinin böyük hissəsini 18 iyulda Şamdakı Milli Təhlükəsizlik binasında partlayan bomba məhv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə