İsrail İranı 6 noyabra qədər vuracaq

İsrail İranı 6 noyabra qədər vuracaq

İsrailin İranı vurmaq planı ilə bağlı şok iddia ortaya atıldı. SİA-nın Türkiyənin "Radikal" qəzetinə istinadən verdiyi məlumata görə, İsrail 6 noyabr ABŞ-dakı prezident seçkilərindən öncə İranı vuracaq.

İsrailin Channel 10 News televiziyasının hərbi müxbiri Alon Ben-David İsrailin İrana hücumunun "Lap yaxınlarda" gerçəkləşəcəyini deyib. Müxbir Netanyahunun da 6 noyabrdan öncə İrana zərbələr endirməkdə qərarlı olduğunu deyib.

Məşhur ingilis tarixçisi, yazıçı Maykl Burleiqh da verdiyi siyasi proqnozda İranın vurulmasının ABŞ prezident seçkilərindən öncə həyata keçiriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə