Almaniya zooparkında faciə yaşanıb. SİA-nın xəbərinə görə, Almaniyanın Köln şəhərindəki zooparkda saxlanılan 4 yaşlı pələng qadın baxıcısına hücum edib. 300 kiloqram çəkisi olan pələng əvvəl bağlı saxlanıldığı qəfəsdən çıxıb, sonra isə 43 yaşlı qadına cumub. 2 metr boyundakı pələng baxıcısını saniyələr içində öldürüb.
Hadisədən sonra 2011-ci ildən zooparkda saxlanılan pələng hücum əsnasında zoopark müdiri tərəfindən tüfənglə öldürülüb. Bu faciəvi hadisədən sonra zoopark bağlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB