Suriyada döyüşlər hələ də davam edir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Suriya ordusunun şəhərin müxtəlif yerlərində keçirdiyi əməliyyatlar zamanı 13-ü uşaq, 25-i qadın olmaqla ümumilikdə 185 nəfər həyatını itirb. Fakt Suriya İnsan Haqları Müşahidəçi qrupunun yaydığı məlumatda da təsdiqini tapır.
Məlumatda bildirilir ki, döyüşlər əsasən paytaxt Dəməşqdə və ətraf ərazilərdə 54, Hələbdə 14, Humsda 2, Dərədə 24, İdlibdə 33, Həmada 8 və s. yerlərdə çoxlu sayda insanın ölümü ilə davam edib. Bununla belə Suriya ordusu ilə müxaliflər arasında qarşıdurmanın yaşandığı da bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB