Suriyada Əsədə bağlı qüvvələrin hücumları davam edir. Paytaxt Dəməşqin Daraya səmti Əsədə bağlı qüvvələr tərəfindən bombalanır. Müxalif mənbələr raket hücumunda 21 nəfərin öldüyünü xəbər verir.
Üç gündür bombardman altında olan şəhərdə ölənlərin sayının 70-ə çatdığı qeyd edilir. Dəməşqin daha 5 səmtinin də Əsədə bağlı birliklərin hücumlarına hədəf olduğu bildirilir.
Yeri gəlmişkən, BMT toqquşmalardan qaçan 200 mindən çox suriyalının qonşu ölkələrə sığındığını açıqlayıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından verilən açıqlamada bu rəqəmin təşkilatın proqnozlaşdırdığı 185 min rəqəmini keçdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB