Ali Baş Komandan hücum əmri verdi

Ali Baş Komandan hücum əmri verdi

İran İslam Respublikasının Ali dini lideri ayətullah Xamneyi, xüsusi təyinatlı qüvvələrə Suriya məsələsində Qərb dövlətləri və müttəfiqlərinə qarşı hücum əmri verdi. İngiltərənin "Telegraph" qəzetinin verdiyi məlumata görə, bu ölkələr arasında Türkiyə də var. Qəzet xəbəri Qərb ölkələrinin kəşfiyyat orqanlarına istinad edərək verib.

"Telegraph" yazır ki, Tehran Suriya lideri Bəşər Əsədin devrilməsi ehtimalını və bu ölkədə iqtidar dəyişəcəyi təqdirdə, bunun İrana necə təsir edəcəyi məsələsini müzakirə edib. İnqilab rəhbərinin sədriliyi ilə keçən müzakirələrdə İran hökumətinin üzvləri, SEPAH korpusu və İran ordusunun komandanları da iştirak ediblər.

"Hədəf alınacaq ölkələr arasında ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı, Katar və Türkiyə var", - qəzetin yaydığı məlumtda belə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə