Venesuelada həbsxanada qiyam: 20 ölü

Venesuelada həbsxanada qiyam: 20 ölü

Qarşıdurmanın dəqiq səbəbləri hələlik aydın deyil

Venesuelanın Karakas şəhərində, yerli həbsxanalardan birində məhbusların qiyamı olub. Rəqib oğru dəstələrin toqquşması nəticəsində azı 20 nəfərin öldüyü bildirilir. Venesuela Pentensiar naziri İris Varela bir müddət sonra verdiyi açıqlamada, ölənlər arasında məhbuslardan birinin qohumunun da yer aldığını təsdiqləyib.

Nazir səhər saatlarına kimi həbsxanada vəziyyətin sabitləşdiyini diqqətə çatdırıb. Qarşıdurmanın dəqiq səbəbləri hələlik aydın deyil. Qeyd edək ki, Venesuellanın məhbuslarla həddən artıq yüklənmiş həbsxanalarında oxşar qiyamlar müntəzəm baş verir. Məhbuslar keşikçilərə rüşvət verməklə, içəriyə silah və narkotik maddələrə daxil edə bilir bu isə həbsxanada zorakılıq hallarının artmasına gətirir. Venesuela Həbsxana Monitorinqi idarəsi təkcə ötən il ərzində həbsxanalarda 560 məhbusun qətlə yetirdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə