Şimon Peres: “Gecələr yata bilmirəm”

Şimon Peres: “Gecələr yata bilmirəm”

"İsrailin İrana təkbaşına hücumundan sonra baş verəcək hadisələrin qorxusundan gecələri yata bilmirəm". SİA-nın İsrailin "Yediot Ahronot" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu İsraili prezidenti Şimon Peres deyib. Qəzetə müsahibə verən Peres bildirib ki, İsrail İrana hücum etmək üçün Amerikanın və Qərbin dəstəyinə ehtiyacı var. O, həmçinin baş nazir Netanyahu və müdafiə naziri Ehud Barakın İsrail cəmiyyətində öz çıxışları ilə qorxu yaratdıqlarını deyib. Peres mediyada yayılan "İsrail və ABŞ seçkilərdən əvvəl İrana hücum edəcək" kimi xəbərlərin heç bir əsası olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə