Ötən gün Şəmdinlidə BDP-li millət vəkilləri ilə PKK-lıların qarşılaşmasını izləyən "Kanal D"nin müxbiri Cem Təkəl o anları bloqunda belə paylaşıb: "BDP, DTK, EMEP, ESP və ÖDP-li bir heyətin Şəmdinlinin kəndlərinə gələcəyini öyrənincə təbii olaraq izlədik. Sabahat Tuncel söz arasında 'Sizin üçün maraqlı bir gəzinti olacaq' deməsinə başda məna verə bilməmişdim. İndi o danışmağı düşününcə 'görəsən' deyirəm! Bəlkə də bu görüşməni heç olmasa onlar bilirdi. Əvvəl Bağlar Kəndinə getdik. Təxminən 1 saat sonra Güzelkaya Mezrasına dönmək üzrəykən qovşaqda önümüzdəki vasitələr dayanır. Qəzamı? Xeyr! Biri gənc qız beş PKK-lı dərhal önümüzdə. Əllərində Kalaşnikovlar, birində Kanas var. Güldən Kışanak, Aysel Tuğluk və Ərtoğrul Kürkçü silahlı PKK-lılarla bir-birinə sarılır. PKK-lılardan biri silahı ilə bizi təhdid edir. Mətbuatın Şəmdinlidəki hadisələri gizlətdiyini deyib şəxsən mənə, "Kanal D xəbər müxbiri, bunları yazın" deyir. Səsinin tonu tehdidedicidir. Çox təəssüf ki, o qədər millət vəkilinin biri belə səsini çıxara bilmir. Həyatımda ilk dəfə PKK-lı görmürəm. Düşərgələri də, Şamı da görmüşəm. Qorxmuram. Amma cavab da vermirəm. Versəm, təxribat etdi deyiləcək. Aysel Tuğluk oradan yaşanan rüsvayçılıqdan "böyük kədər eşitdiyini" daha sonra mənə söylədi. Çox sonra söyləsə də mənim üçün əhəmiyyətli idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB