Suriyanın İdlip şəhərinin Aynalbayda kəndi yaxınlığndakı meşədə bir-birindən aralı 15 yerdə yanğın baş verib. Suriya rəsmiləri yanğının səbəbləri barəsində isə hələ heç bir açıqlama verməyib. Yanğın Suriya sərhəddinə yaxın olan Aşağıpulluyazı kəndinin sərhədindən Türkiyəyə keçib.
Antakya Meşə İdarəsinin müdiri Məmməd Hərbi jurnalistlərə verdiyi aşıqlamada yanğının Suriya tərəfindən qəsdən çıxarıldığını deyib.
Yanğını söndürmək üçün Türkiyə Sərhəd Xidmətindən 15 yanğın söndürmə briqadasının nümayəndələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hərbi yanğın söndürmə işlərinin hələ də davam etdiyini açıqlayıb: ''Yanğın zamanı təxminən 2 hektar meşə ərazisi yanıb. Yanğının davam etməsinə baxmayaraq təhlükəli vəziyyət yoxdur".
Suriya ərazisində baş verən yanğında isə partlayış səsləri eşidilib. İlkin araşdırmalar göstərib ki, yanan ərazi Suriyaya qarşı olan qüvvələrin Türkiyəyə keçid məntəqəsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB