Birləşmiş Millətlər Təşkilatı Suriyanın Ərəb Dövlətləri Liqasındakı nümayəndəliyinə Əlcəzair əslli əl-Ahdar əl-İbrahimi təyin edib.
BMT-nin açıqlamasında: ''BMT-nin rəsmisi Ban Ki-Munun və Ərəb Dövlərləri Liqasının rəsmisi Nabil el-Arabinin birgə qərarı ilə əl-Ahdar əl-İbrahimi bu gündən ehtibarən Suriyanın BMT-dəki xüsusi nümayəndəsi təyin edilib'', - deyilib.
Ban Ki-Mun bu hadisənin BMT-də böyük sevinc hissilə qarşılandığını bildirib: "Suriyadakı müharibəni diplomatiya və sülh yolu ilə sona çatdırmaq BMT üçün bir prioritetdir. Müharibə davam edərsə insan itkisindən başqa heç nə əldə olunmaz. Həmçinin Suriya xalqı da istədiklərini əldə edə bilməz''.
Məlumatda Ban keçmiş nümayəndə Kofe Annana etdiyi sülh səfəri üçün də təşəkkürünü bildirib. Rusiyanın təklif etdiyi iclasa isə Təhlükəsizlik Şurasının heç bir üzvü gəlməyib. İclas təxirə salınıb və keçiriləcəyi vaxt haqqında heç bir açıqlama verilməyib.
Qeyd edək ki, iclasda Suriya məsələsi müzakirə olunmalı idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB