Cumə axşamı Cənubi Afrika milli televiziyası xüsusi geyimdə olan polis nəfərlərinin "Marikana" platin mədəninin işçilərinə atəş açması kadrlarını yayımlayıb. SİA-nın əldə etdiyi məlumata görə, 3 dəqiqə davam edən şiddətli atəşdən sonra qana boyanmış cəsədlər televiziya kanalında görüntülənib.
Yerli radionun verdiyi məlumata əsasən, qarşıdurmadan sonra ən azı 30 nəfər həlak olub və bir neçə nəfər yaralanıb. Yerli polisin məlumatına görə, insidentlə bağlı araşdırma artıq başlanıb.
Qeyd edək ki, həmin mədən mərkəzi ofisi İngiltərədə yerləşən "Lonmin plc" şirkətinə məxsusdur. Mədən işçilərinin polis tərəfindən atəşə tutulması Cənubi Afrikada apparteid rejimindən sonra ən qanlı hadisə kimi dəyərləndirilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB