ABŞ prezidenti Barak Obama seçki kampaniyası zamanı qaş düzəltmək əvəzinə göz çıxarıb. O, çıxışında "İtim Bo qaynanamdan daha cazibəlidir" deyib.
ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkiləri kampaniyasına davam edən Obama Iova əyalətinin Davenport şəhərində keçirilən tədbirdə həyat yoldaşı, uşaqları, qayınanası Marian Robinson və iti Bodan bəhs edib. Obama gülərək "Həyat yoldaşım danışmağa başladığı vaxt onun söylədiklərini dinləmək mənə çətindir.
Çünki evdə başda Mişel olmaqla daha sonra qızlarım, Bo, qayınanam və mənimlə davam edən cazibə iyerarxiyası var" deyib. Ailə sırası üzrə qayınanasının adını iti Bodan sonra çəkən Obama çıxışında qayınanasını sevdiyini söyləyərək "Düzünü desəm, qaynanam Bodan əvvəl gəlir", - deyib.
Obama ailəsinin sevilən üzvü "portuqaliyalı üzgüçü iti" kimi tanınan Bo prezidentin seçki kampaniyasına kömək edir. Oynadığı reklam çarxında səs effekti ilə Amerika xalqına müraciət edən Bo Obamanın başqaları kimi heyvanlara əziyyət vermədiyini söyləyərək "Heyvansevər namizədə səs verin", - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB