Müharibə planı açıqlandı

ABŞ-lı tanınmış jurnalist Richard Silverstein İsrailin İrana hücum planı olduğunu iddia etdiyi sənədi nümayiş edib. Sənəddə göstərilir ki, İsrail İrana ilk olaraq quru qoşunları vasitəsilə, daha sonra hava qüvvələri və nüvə silahları ilə hücum edəcək. Silverstein sözü gedən sənədin İsrailin baş naziri Binyamin Netanyahu ilə müdafiə naziri Ehud Barakın İsrailli nazirlərə verdiyi brifinqin protokolu olduğunu iddia edib.

Silversteinin sözlərinə görə, İsrailin İrana qarşı müharibəyə hazırlıq planında ilk olaraq mərmi hücumu, ardınca hava və nüvə hücumları, daha sonra ehtiyyac olsa İranın kəşfiyyat qruplarına sui-qəsdlər təşkil edilməsi nəzərdə tutulub.

Jurnalist müharibə zamanı İranda internet, telefon, radio, televiziya və peykləri əlaqələrinin kəsiləcəyini, Hürrəmabad və İsfahan kimi yeraltı silah anbarlarına gedən fiberoptik kabellərin məhv ediləcəyini qeyd edib. Silverstein bu sənədi yüksək rütbəli bir zabitdən aldığını, lakin sənədin ona belə asan şəkildə çatmasının normal olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə