Rumıniya və Moldova vahid dövlət olmamalıdır. Bunu deyən Rumıniya prezidenti Troyan Besesku eyni zamanda bildirib ki, ölkəsinin məqsədi Moldovanın Avropa Birliyinə üzvlüyə qəbuluna köməklik göstərməkdir. "Rumıniya və Moldova müstəqil dövlətlərdir. Moldova isə Avropa Birliyinə üzv qəbul oluna bilər və o zaman dövlətlərimiz arasında sərhədlər aradan qalxaraq tarixə qovuşacaq. Çünki qurumun vətəndaşları asanlıqla bir ölkədən o birisinə keçə biləcəklər".
T.Besesku həmçinin bildirib ki, Rumıniya Moldovanın və Ukraynanın rumın mənşəli vətəndaşlarına vətəndaşlıq verir. Bu, siyasi məqsədlər deyil, onların vətəndaşlıqdan məhrum olunduqları üçün edilir.
Qeyd edək ki, zaman-zaman Rumıniya və Moldovanın bir dövlətdə birləşdirilməsinin tərəfdarları olub. Tarixdə yunionistlər cərəyanı adlanan bu qruplaşmanın istəklərinin həyata keçməsinə müxtəlif tarixi proseslər maneçilik törədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB