Siyasətə 3-cü Klinton gəlir

ABŞ-ın Dövlət katibi Hillari Klinton və eks-prezidenti Bill Klintonun tək övladları Çelsi siyasətə gələcəyini söyləyib. "Vogue" jurnalının son sayına müsahibə verən 32 yaşlı Çelsi: "Anamın kampaniyasından əvvəl siyasətə gəlmək istəyib istəmədiyimi soruşsaydılar, "xeyr" deyərdim. Amma indi bilmirəm", - deyə bildirib.

Xanım Klintonun media tərəfindən toyuna marağın artmasını məşhur olması ilə əlaqələndirib. "İndi ki, medianın mərkəzindəyəm o zaman bunu faydalı şeylər üçün istifadə etməliyəm deyə düşünürəm", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə