Ruslar Meksika körfəzinə desant çıxardı

ABŞ-ın ruhu da incimədi
Ruslar Meksika körfəzinə desant çıxardı

Rus donanmasına aid "Akula" tipli sualtı gəminin Meksika Körfəzində Amerika gəmilərinə görünmədən bir ay ərzində hərəkət etdiyi məlum olub. ABŞ rəsmilərinin fikrincə, Rusiyanın ən inkişaf etmiş sualtı gəmisinin körfəz sularında hərəkəti nəzarət məqsədi daşıyıb. Gəminin sputnik və peyklər tərəfindən görünmədən hərəkət etməsi ABŞ-da bu sahədə böyük bir diqqətsizliyin olduğunu meydana çıxarıb.

Qeyd edək ki, Amerika mütəxəssisləri 2009-cu ildə Sakit okeanın sahilləri yaxınlığında Rusiyaya aid daha bir sualtı gəmi aşkarlayıb. Daha sonra məlum olub ki, sualtı gəmi günü-gündən artan Rusiya əsgərlərinin sayını nümayiş etdirmək üçün okean sularında hərəkət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə