Erməni jurnalistin uydurması

Ermənistanda nəşr edən "Panorama.am" xəbər saytının jurnalisti Harut Sassunyan bir çox mübahisələrə səbəb olacaq iddia ilə çıxış edib.

Sassunyanın sözlərinə görə, Misirdə Əl Ezher məscidinin müftisi Salam əl Bişrin 1909-cu ilin may ayında verdiyi fətvada Adanada 30 min erməninin qətlə yetirilməsini qınayıb.

Məlumat üçün bildirək ki, əl Bişrinin qınadığı fətva 1909-cu ilin aprel ayında türk müftilərindən biri tərəfindən verilib. Həmin fətvada "Ermənilər müsəlmanlara və Allaha qarşıdır, qətilləri vacibdir" kimi fikirlər səsləndirilib.

Qeyd edək ki, Sassunyanın məqaləsində fətvadan bəzi hissələr də qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə