Fəlakətin nəticələri ağır olub

Fəlakətin nəticələri ağır olub

Yaponiyada keçən il yaşanan qorxunc zəlzələ və sunaminin ardınca baş verən Fukusima Atom Elektrik Stansiyasındakı radiasiya axınının təbiət və canlılar üzərindəki fəsadları araşdırılıb. Nəticədə məlum olub ki, radiasiya sızıntısı o bölgədə yaşayan kəpənəklərin gen dəyişikliyinə səbəb olub. Mütəxəssislər fəlakət zamanı sürfə dövründə radiasiyaya məruz qalan mavi kəpənəklərin təxminən 0,12%-nin qanadlarının kiçildiyini, gözlərində isə görmə zəifliyi olduğunu aşkarlayıblar. Ryukyu Universitetindən Dr. Joji Otaki bu kəpənəklərin laboratoriya mühitində yetişdirilən birinci nəslinin 0,18 faizində bənzər problemlər olduğunu söyləyib. Mütəxəssislər Fukusima fəlakətindən 6 ay sonra bölgədən yığdıqları 240 kəpənəyin 0,52 faizində anormal hallar olduğu qeydə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə