İspaniyada son 60 saat ərzində 9 fərqli yerdə yanğın baş verib. Nəticədə Kanar adalarında 4 min 700-dən çox adam evini tərk etməli olub. Kanar adaları qrupunda olan La Gomerada 470 hektar və Tenerifedə isə 220 hektar meşə sahəsi yanıb. Adanın təhlükəsizlik xidmətinin nümayəndəsi Javier Gonzalez Ortiz mətbuata verdiyi açıqlamada La Gomerada 2500, Tenerifedə isə 2210 adamın evini tərk etmək məcburiyyətində qaldığını söyləyib.
Kanar adalarında 40 dərəcə yüksək istilik və saatda 50 kilometr sürətə çatan külək baş verən yanğının söndürülməsinə çətinlik yaradıb. Son həftələrdə yanan ərazilərin 3 min 100 hektar olduğu bildirilib. Yanğının söndürülməsinə yardım üçün bölgəyə 13 vertolyot, 16 təyyarə göndərilib. Eyni zamanda ölkənin şimal ərazilərində baş verən yanğınların davam etdiyi, lakin nəzarət altına alındığı bildirilib. Bütün ölkədəki yanğın söndürmə işləri üçün 700-dən çox əsgər yanğın ərazilərinə cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB