İstanbulda səfərdə olan Hillari Klinton ABŞ-ın Türkiyənin PKK ilə mübarizəsini dəstəklədiyini qeyd edib. "Türkiyənin Suriyanın PKK-ya qucaq açmaması istəyinə biz də qoşuluruq. Nə indi, nə də bundan sonra PKK-nın orada məskən salmasını istəmirik", - deyə Klinton bildirib.
Əhməd Davudoğlu isə Klintonla görüşündə Suriyada baş verənlərə son qoyulmasını hədəf aldıqlarını və Türkiyənin PKK ilə bağlı narahatlığını dilə gətirdiyini deyib. "Suriyadakı keçid dövrünün qısa müddətdə tamamlanması və hakimiyyət boşluğunun yaranmaması məsələsində həmrəyik. PKK başda olmaqla, burada hakimiyyət boşluğundan istifadə etmək istəyən terror qruplaşmalarının qarşısını bütün mümkün yollarla almaq məsələsində qətiyyətli olduğumuzu vurğuladıq", - deyə Əhməd Davudoğlu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB